Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Həmrəylik: Azərbaycan nümunəsi və tarixi vəzifələr

Həmrəylik: Azərbaycan nümunəsi və tarixi vəzifələr

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Newtimes.az portalında həmrəyliyin Azərbaycan nümunəsi ilə bağlı geniş məqaləsi dərc olunub. AZƏRTAC məqaləni təqdim edir.

Artıq neçə illərdir ki, azərbaycanlılar öz həmrəylik günlərini qeyd edirlər. Hər bir xalqın öz milli birlik fəlsəfəsi var. Azərbaycanlıların da tarixində birlik və bərabərliyi ifadə edən möhtəşəm təqvimlər olub. Lakin keçən əsrin 90-cı illərində XX əsrdə əldə edilən ikinci müstəqillik dönəminin başlaması ilə həmrəylik anlayışı yeni məzmun aldı. Çünki müasir tarixi mərhələdə azərbaycanlıların həmrəyliyi müstəqil dövlət quruculuğu prosesi ilə əlaqələndirilməli idi. Ulu öndər Heydər Əliyev bu vəzifənin öhdəsindən ustalıqla gəldi və indi hər bir azərbaycanlı həmrəyliyin nədən ibarət olduğunu yaxşı bilir. Keçən müddət ərzində dünya azərbaycanlılarının həmrəylik qurultayları keçirilib. Onların hər biri qarşıya ciddi vəzifələr qoyub. Analiz göstərir ki, bu proses olduqca məzmunlu və sistemli aparılıb. Nəticədə, diaspor qurumları da daxil olmaqla böyük təşkilati işlər həyata keçirilib. İndi dünya azərbaycanlıları qarşısında yeni vəzifələr durur. Prezident İlham Əliyevin bununla bağlı müraciəti son dərəcə maraqlı fikirlərlə zəngindir.

Xalqın birliyi: Ulu Öndərin həmrəylik konsepsiyası

Tarixin hökmü ilə Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyinə keçən əsrin 90-cı illərində qovuşdu. Həmin dövrün özünəməxsus sosial, siyasi, geosiyasi, iqtisadi və mədəni xüsusiyyətləri vardı. SSRİ mövcud olduğu müddətdə milli respublikalarda cəmiyyətin birliyi sovet ideologiyası əsasında təmin edilirdi. Bu zaman milli ideya məsələsi qaldırılmırdı – insanlar özlərini sovet vətəndaşı kimi identifikasiya edirdilər. Biz bu modelin üstün və zəif cəhətləri üzərində dayanmaq istəmirik. Burada əhəmiyyətlisi sovetlər dağıldıqdan sonra müstəqilliyini əldə etmiş ölkələrdə sosial birliyin, vəhdətin və həmrəyliyin necə təmin edilməsidir. Bax, bu aspektdə vahid SSRİ-də cəmləşmiş respublikalar fərqli yollar seçdilər. Azərbaycanın təcrübəsi onların sırasında ən uğurlu kursun seçildiyini göstərir.

Məsələnin fəlsəfi-sosial aspektləri analiz edilib. Lakin problem dövlətçilik baxımından o dərəcədə aktual və mürəkkəbdir ki, araşdırmaların davam etdirilməsi böyük zərurətdir. Həmin kontekstdə azərbaycanlıların həmrəyliyi məsələsi son dərəcə önəmli və üzərində düşünülməli faktor olaraq qəbul edilməlidir. Bunun vacibliyini dərk etmək üçün "həmrəylik" anlayışının fəlsəfə və elmdə işlədilən mənalarına qısa nəzər salaq. Biz başlıca olaraq "sosial həmrəylik" termini üzərində dayanacağıq.

Həmrəylik qrup, yaxud etnosun birliyidir. O, maraqların vəhdətindən yaranır, eyni zamanda, özü maraqların birliyini formalaşdırır. Buraya qarşılıqlı anlaşma, normalar və vəzifə ümumiliyi daxildir. Yekun olaraq, həmrəylik cəmiyyətdə insanları vahid orqanizmdə birləşdirmək üsulu kimi təsəvvür edilə bilər.

Bu problemin mühüm tərəflərindən biri həmrəyliyin fərqli cəmiyyətdə fərqli məzmun kəsb etməsindən ibarətdir. İbtidai cəmiyyətlərdə həmrəylik başlıca olaraq qohumluq əlaqələri üzərində qurulur. Müasir cəmiyyətlər üçün isə müxtəlif meyarlar mövcuddur. Burada konkret cəmiyyətin tarixi təkamülü, milli mentalitetin özəllikləri, siyasi sistemin xüsusiyyətləri, ölkənin yerləşdiyi regionun geosiyasi fərqlilikləri, tarixi-coğrafi faktorlar və s. rol oynayır. Sosioloq Emil Dürkheymə görə, sosial həmrəylik növü cəmiyyətin tipləri ilə tənzimlənir. Hər cəmiyyətə uyğun həmrəylik modeli ola bilər. Deməli, həmrəylik tarixi xarakterlidir – hər tarixi məqam üçün müvafiq birlik forması tapmaq lazımdır. Buna nail olmadıqda yaxşı birlik modeli belə cəmiyyəti çətin vəziyyətlərə sala bilər.

Məsələn, Emil Dürkheymin fikrinə görə, orqanik həmrəylik müasir cəmiyyətlərdə olur və insanların qarşılıqlı asılılığından qaynaqlanır. Burada fərdlərin bir-birinə etimadı prinsipial rol oynayır.

Deməli, müasir cəmiyyətlərdə həmrəyliyi təmin etmək üçün xüsusi birləşdirici mexanizmlər olmalıdır. O, əsas olaraq uyğun ideoloji konseptlə bağlı olur. İdeologiya başqa faktorlarla yanaşı, etnosun dünyanın bütün guşələrində olan nümayəndələri arasında birlik yaratmağa imkan verir. Bu səbəbdən müasir cəmiyyətlər üçün düzgün ideoloji konsepsiyanın müəyyənləşdirilməsi həm müstəqil dövlətçilik, həm də vətəndaş cəmiyyəti formalaşdırmaq aspektlərində strateji əhəmiyyət kəsb edir.

Azərbaycançılıq: həmrəyliyin üç aspekti işığında

Bəs müstəqil Azərbaycanda həmrəylik hansı məzmunda dərk edilib və onu təmin etmək üçün konkret olaraq hansı ideoloji konsept seçilib? Əvvəlcə onu deyək ki, müasir mərhələdə, müstəqillik dövründə azərbaycanlıların həmrəylik modelinin müəllifi Ulu Öndər Heydər Əliyevdir. Məhz Ümummilli Liderin birbaşa təşəbbüsü və konkret addımları sayəsində dünya azərbaycanlılarının həmrəyliyinin təmini məsələsi öz həllini tapıb. Bu proses Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəylik günü elan edilməsi nəticəsində başlayıb. Sonra Azərbaycan Milli Məclisi həmin qərarı bütövlükdə ölkə miqyası üçün qəbul edib. Beləliklə, uzun və azərbaycanlıların birləşməsi baxımından çox şərəfli olan bir yola çıxılıb.

Azərbaycanlıların həmrəylinin əsas prinsipləri yığcam şəkildə Heydər Əliyevin aşağıdakı fikirlərində ifadə olunub: "Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir".

Burada müasir mərhələdə Heydər Əliyevin azərbaycanlıların həmrəyliyinə verdiyi məzmunun təməl şərtləri əks olunub. Bunlar bütövlükdə azərbaycançılıq ideologiyasının müddəalarıdır. Azərbaycançılıq başqa məsələlərlə yanaşı, həmrəylik konsepsiyasının da əsas ideya mənbəyidir. Bunlardan çıxış edərək yuxarıda vurğulanan məqamları aşağıdakı kimi qruplaşdırmaq olar.

Birincisi, azərbaycanlıların həmrəylik məsələsi Azərbaycan Respublikasının siyasi-coğrafi sərhədlərini aşır. Buraya dünyanın bütün regionlarında yaşayan azərbaycanlılar daxildir. Yəni, azərbaycanlıların vahid millət kimi birliyi və bərabərliyi məsələsi qoyulub. Bu o deməkdir ki, Azərbaycan xalqının və dövlətinin gələcəyi ilə bağlı məsuliyyəti harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar daşıyırlar. Bu prinsipin strateji mənası böyükdür. Çünki tarixdə ilk dəfə olaraq müstəqil dövlət məsələsi həmrəylik kontekstində bu cür lakonik və dəqiq şəkildə qoyulub.

Azərbaycanın müstəqilliyi birbaşa millətin birliyinin təmini ilə bağlıdır. Onu deyək ki, həmin məqam Avropa milli dövlətçiliyinin inkişafında mühüm rol oynayıb. Məsələn, Yurgen Habermas millətin formalaşmasında onun hər bir üzvünün digərini yaxından hiss etməsinin həlledici rol oynadığını vurğulayıb. Azərbaycanda Heydər Əliyev həmrəylik məsələsini məhz bu aspektdə aktuallaşdırıb. Bu, həm də yeni tarixi şəraitdə milli həmrəyliyə nail olmanın yeni üsulu kimi dərk edilməlidir. Çünki əvvəlcə Çar Rusiyası, sonra isə SSRİ dönəmlərində ayrıca millətin həmrəyliyi, yaxud birliyi məsələsi qətiyyən qoyulmurdu. Bu da məntiqi olaraq eyni etnosa mənsub olanlar arasında dəyişən tarixi şəraitdə kollektivçiliyin əsaslanacağı mexanizmlərə kölgə salmışdı. Dünya azərbaycanlılarının həmrəyliyi gününün təsis edilməsi bu baxımdan milli birlik məsələsini Ulu Öndərin uğurlu model əsasında rituallaşdırması anlamına gəlir. Deməli, həmin tarix adi yaddaş deyil, tarixin indiki mərhələsində azərbaycanlıların vahid orqanizmdə birləşməsi fəlsəfəsinin başlıca prinsipidir.

İkincisi, həmrəylik Azərbaycan cəmiyyətində fikir müxtəlifliyinin təmin edilməsinə qətiyyən zərər verməməlidir. Plüralizm, demokratik düşüncə hüququ tam məzmunu ilə saxlanmalıdır. Ayrı-ayrı qruplar, yaxud partiyalar ölkənin siyasi gələcəyi ilə bağlı öz fikirlərini müstəqil şəkildə ifadə edə bilərlər. Bu o deməkdir ki, həmrəylik müasir tarixi mərhələdə vətəndaş cəmiyyəti və demokratik dövlət quruculuğu kontekstində gündəmə gətirilir. Ulu Öndər bunun Azərbaycan üçün optimal modelini verir. Belə ki, həmrəylik azərbaycanlıların milli-mədəni dəyərlərə sahib çıxmasında, yaşadıqları ölkədə cəmiyyətə aktiv inteqrasiya olmaqda və müstəqil dövləti qorumaqda özünü göstərməlidir. Bu zaman müxtəlif qrupların mövqeləri arasında fərqlərin olması normal qarşılanmalı və həmrəylik fərqliliklərin vəhdəti kimi formalaşmalıdır. Bu, kifayət qədər orqanik bir formuldur.

Onun ideoloji və mədəni aspektdə digər əhəmiyyətli çaları cəmiyyətdə multikultural mühitin formalaşmasında həmrəyliyin aparıcı rolunun etirafı ilə bağlıdır. İndi dünya qəbul edir ki, Azərbaycanda multikulturalizmin gözəl bir nümunəsi mövcuddur. Əgər Ulu Öndərin ideoloji konsepti, o cümlədən həmrəylik haqqında ideyası olmasaydı, hazırda multikulturalizm sahəsində əldə edilmiş bu uğurlar mümkün olmazdı. Həmrəylik multikultural düşüncə tərzini vahid məcraya yönəldən, onu bir strateji məqsəd ətrafında birləşdirən fenomen rolunu oynayır. Fərqli mədəni, yaxud dini mənsubluq bütövlükdə cəmiyyətin müsbət birlik enerjisini stimullaşdırır, toplumun orqanik birlik halına gəlməsinə təkan verir.

Maraqlıdır ki, Heydər Əliyev bu yanaşmanı bütövlükdə dünya miqyasında yaşayan azərbaycanlıların hamısına aid etməyin çox səmərəli formulunu da ifadə edib. Bu, azərbaycanlıların öz milli dəyərlərini saxlamaqla yanaşı, hansı ölkədə yaşayırlarsa, onun cəmiyyətinə mütləq inteqrasiya olunması şərtini qoymasında ifadə olunub. Yəni azərbaycanlı həm milli-mənəvi əxlaqi keyfiyyətlərini qoruyub saxlamalı, həm də dünya mədəniyyətinə açıq qalmalıdır – o, daim öz üzərində işləməli, yeniləşməli, müasirləşməlidir. Bu aspektdə müasirliyin həmrəyliklə əlaqələndirilməsi tarixi baxımdan çox önəmlidir. Şübhəsiz ki, Azərbaycan alimləri məsələnin bu tərəfinin nəzəri və siyasi-ideoloji aspektlərini dərindən araşdırmalıdırlar.

Üçüncüsü, dünya azərbaycanlılarının həmrəyliyi müstəqil dövlətin qorunması və ərazi bütövlüyünün saxlanması aspektlərində real məzmun kəsb etməlidir. Bu, həmrəyliyin "bir hədəfi və bir məqsədidir". Bununla müstəqil dövlətin qorunması hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının müqəddəs borcu kimi başa düşülməlidir. Belə bir yanaşma müasir tarixi mərhələdə "siyasi millət" anlayışının Azərbaycan üçün gözəl bir modelinin ortaya qoyulması deməkdir.

Daha aydın olması üçün bir müqayisə aparaq. Ermənistanda həmrəylik müharibəyə hazır olmaq və zəbt edilmiş başqa dövlətin ərazisini işğalda saxlamaq kontekstində təqdim edilir. Burada qondarma soyqırımı ideyasını beyinlərə yeritmək və bu əsasda başqa millətə nifrət bəsləmək də xüsusi yer tutur. Açıq deyilməlidir ki, bu kimi təsəvvürlərə əsaslanan həmrəylik real birlik deyil, daha çox başqasının varlığına təhlükə olmaqdır. Təbii ki, bu, XXI əsrin tələbləri kontekstində tam gələcəyi olmayan bir yanaşmadır.

Diqqət edək, Ulu Öndər isə həmrəyliyə dövlətin qorunması və ərazi bütövlüyünün saxlanması kontekstində önəm verir. Burada siyasi, sosial, hərbi, təhlükəsizlik aspektləri ilə yanaşı, mədəni element də mühüm rol oynamalıdır. Çünki müasir dövr mədəniyyətlərin yarış mərhələsidir, insan faktorunun inkişaf etdirilməsi zamanıdır. Dövlətin qorunması başqa amillərlə yanaşı, mədəniyyətin qorunması, inkişaf etdirilməsi və dünyada təbliğ edilməsi ilə sıx bağlıdır. Məhz bu səbəbdəndir ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği üçün sistemli şəkildə proqramlar hazırlanıb həyata keçirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə əvəzedilməz xidmətlər göstərir. Fondun Avropa ölkələri də daxil olmaqla müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr birbaşa Azərbaycan mədəniyyətinin ruhunu dünya xalqlarına anladır ki, bununla da müstəqil Azərbaycan dövlətinin əsl mahiyyətini bəşəriyyət dərk etmiş olur. Şübhəsiz, vurğulanan məqamın müasir dövrün tələbləri kontekstində rolu ayrıcadır.

Ərazi bütövlüyünün qorunması məsələsi də bu bağlılıqda həmrəylik üçün prinsipial məna kəsb edir. Məsələ ondan ibarətdir ki, hər hansı cəmiyyət özünün siyasi-mənəvi tamlığını təmin edə bilmirsə, o, qloballaşmanın inteqrasiya dalğası altında qalır – öz milli özünəməxsusluğunu itirir. Bu səbəbdən cəmiyyət qlobal miqyasda sivilizasiyaların və mədəniyyətlərin dialoqunda bərabərhüquqlu tərəf ola bilmir. Onda nə dövlətin, nə də xalqın suverenliyindən danışmaq mümkün deyildir. Deməli, Heydər Əliyevin modelində həmrəylik birbaşa suverenliyin təmin edilməsi ilə sıx bağlıdır. Bunu postsovet məkanı üçün ideya yeniliyi kimi qəbul etmək lazımdır. Çünki hələlik başqa bir keçmiş sovet respublikası sırasında həmrəyliyi bu məzmunda ortaya çıxaran qüvvə yoxdur.

Diaspor quruculuğu: dörd qurultay və azərbaycanlılar qarşısında duran əsas vəzifələr

Dünya azərbaycanlılarının həmrəyliyinin yuxarıda vurğulanan aspektlərdə dərk edilməsi diaspor məsələsini aktuallaşdırır. Aydın görünür ki, həmrəylik ideyasının reallaşması üçün dünyanın bütün guşələrində yaşayan azərbaycanlıların vahid təşkilati strukturda birləşməsi şərtdir. Bu səbəbdəndir ki, Ulu Öndər Azərbaycan diaspor təşkilatlarının yaradılması və onların səmərəli fəaliyyətinə böyük önəm verirdi. Prezident İlham Əliyev həmin xətti hazırda uğurla inkişaf etdirir. Həyata keçirilən tədbirlərin məzmunundan bu məqamları dolğun surətdə görmək mümkündür.

İndiyə qədər dünya azərbaycanlılarının dörd qurultayı keçirilib. Birinci qurultay 2001-ci il noyabrın 9-10-da Bakıda təşkil edilib. Bu, Heydər Əliyevin 2001-ci il may ayının 23-də verdiyi xüsusi Sərəncam əsasında baş tutub. Bu, çox uğurlu bir başlanğıc olmaqla bir neçə istiqamətdə fəaliyyət göstərmək üçün meydan açdı. O cümlədən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi üçün baza formalaşdırdı. Bunun nə qədər əhəmiyyətli olduğu hamıya məlumdur. Çünki həmrəylik üçün bütün azərbaycanlıların vahid amal ətrafında birləşməsi ilkin şərtdir. Bunun yolu isə müstəqil dövlətimiz olan Azərbaycan Respublikası ilə əlaqələrin daha da möhkəmləndirilməsindən keçir. Mütəxəssislər xüsusi vurğulayırlar ki, həmin faktordan məntiqi nəticə kimi qurultayın imkan verdiyi digər bir proses – dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması alındı. O cümlədən Azərbaycan icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün geniş imkanlar ortaya çıxarıldı ki, bu da tarixi rakursda ayrıca əhəmiyyət daşıyır. Bütün bunlar milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addımların atılması fonunda baş verirdi.

Birinci qurultayın yadda qalan ən vacib məqamı Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqi oldu. Heydər Əliyev nitqində dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsinə xüsusi yer vermişdi. Ümummilli Lider Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsini qabarıq şəkildə qurultay iştirakçılarının diqqətinə çatdırmış, bunlarla yanaşı, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurətini də məntiqi sübutlarla ifadə etmiş, bütün bunların həyata keçirilməsi üçün isə səylərin birləşdirilməsinin lazım gəldiyini əsaslandırmışdı.

Həmin qurultayda qarşıya qoyulan vəzifələrin səmərəli reallaşması zərurəti bir qədər sonra Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılmasına zəmin formalaşdırdı. Bununla Azərbaycanın diaspor siyasəti sistemli və davamlı forma aldı.

İkinci qurultay Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində keçirildi. Həmin tədbir diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verdi. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyətinin ciddi təhlili əsasında bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi əsaslandırıldı. İnformasiya sahəsində fəaliyyətin gücləndirilməsi, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrin genişləndirilməsi məsələləri xüsusilə önə çəkildi.

2008-ci ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının qəbul etdiyi "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" diasporun fəaliyyət istiqamətlərini müəyyən edən konseptual sənəddir. Sənəddə Heydər Əliyevin müəyyənləşdirdiyi kurs əsasında diasporun üzərinə düşən vəzifələr öz əksini tapıb. Burada Azərbaycan xalqının özünüdərk prosesi, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilib. Bundan başqa, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası perspektivləri analiz olunub və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Dünya Azərbaycanlılarının üçüncü qurultayı 2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində təşkil edildi. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili qərara alındı. Qurultay Şuranın fəaliyyətini davam etdirmək barədə qərar qəbul etdi.

Nəhayət, 2016-cı ilin iyun ayında keçirilən dünya azərbaycanlılarının dördüncü qurultayı azərbaycanlıların vahid və monolit qüvvə kimi təşkilatlanması prosesinin respublikanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini təsdiqlədi. Prezident İlham Əliyev tədbirdəki çıxışında müasir dünyanın informasiya məkanına çıxmaq kimi yeni strateji xətti müəyyənləşdirdi.

Prezidentin müraciəti: yeni zirvələrə doğru

Dünya azərbaycanlılarının yuxarıda vurğulanan dörd qurultayında müzakirə olunan məsələlərin məzmunu və alınan qərarlar göstərir ki, keçən müddətdə həmrəyliyin təmin edilməsi sistemli və məqsədyönlü şəkildə aparılıb. Görülən işlərin ümumi məzmunu haqqında Prezident İlham Əliyev dünya azərbaycanlılarına etdiyi müraciətdə dolğun fikirlər ifadə edib və dövlətin xaricdə yaşayan soydaşlarımızın taleyinə diqqətlə yanaşdığını bir daha vurğulayıb.

Prezident İlham Əliyev dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının dövlətimizin və xalqımızın problemləri ilə yaşamalı olduğunu xüsusi vurğulayıb. Prezident problemlərin həlli üçün azərbaycanlıların əlindən gələni etməli olduğunu ayrıca qeyd edib. Bu fikirlərə keçilən yolun zirvəsindən baxdıqda, yeni vəzifələr təsiri bağışlayır. Artıq cəmiyyətimiz dövlət quruculuğu prosesində yeni səviyyədə aktivlik göstərməlidir. Bunu müasir dövrün qoyduğu şərtlər, meydana çıxardığı çağırışlar tələb edir. Əgər birinci qurultayda ümumi vəzifələr müəyyənləşdirilib diaspor fəaliyyətinin təşkilatlanması və sistemli şəkildə aparılması qərara alındısa, ikinci və üçüncü qurultaylar dünya azərbaycanlıları qarşısında daha konkret problemlərin həlli vəzifəsini qoydu. Onların sırasında informasiya sahəsindəki fəaliyyəti daha məqsədyönlü və konkret istiqamətli məcraya yönəltmək vəzifəsi də vardı. Dördüncü qurultay isə həmrəyliyin yeni konseptual səviyyədə təmini məsələsini gündəmə gətirdi. İndi yüksək təşkilati fəaliyyətlə həmrəyliyin gücləndirilməsini paralel aparmaq, ölkənin geosiyasi inkişafı üçün daha mütəşəkkil çalışmaq gərəkdir. Bunun əsas müddəaları ölkə başçısının dördüncü qurultaydakı nitqində ifadə olunub. Mütəxəssislər onu müasir geosiyasi şəraitdə Azərbaycan diasporunun məqsəd və vəzifələrini müəyyənləşdirən fəaliyyət proqramı kimi xarakterizə edirlər. Dövlət başçısı ayrıca qeyd edib ki, "Azərbaycanda 15 il ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir vəziyyətə gətirib çıxardı".

Onun əsas əlamətləri müasir geosiyasi trendlərin yaratdığı mənzərənin özəllikləri ilə müəyyən olunur. Bu baxımdan Azərbaycan diasporu ilə qurulan iş və əlaqələr, onun fəaliyyətinin məzmunu daha yüksək səviyyəyə qaldırılmalıdır. Bu sırada Azərbaycan dövlətinin maraqlarının lobbiləşdirilməsi çox mühüm vəzifələrdən biri kimi dərk edilməlidir. Burada informasiya savaşında daha fəal olmaqdan başlamış, diaspor təşkilatlarının koordinasiyalı hərəkət etməsi və başqa xalqların analoji təşkilatları ilə əməkdaşlığı gücləndirməsinə qədər geniş spektrli faktorlar yer alır.

Dövlət başçısı yeni geosiyasi trendlər fonunda diaspor təşkilatları, dövlət orqanları və ictimai qurumların daha sıx koordinasiyası zərurətini xüsusi vurğulayıb. O cümlədən Azərbaycan səfirlikləri göstərilən istiqamətdə fəaliyyətlərini gücləndirməlidirlər. Bunlar ona görə lazımdır ki, "...dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər... Azərbaycan ilə bağlı olsunlar".

Hazırda dünyada 50 milyona yaxın azərbaycanlının yaşadığını nəzərə alsaq, cənab Prezidentin Azərbaycan dövlətçiliyi üçün böyük məqsədləri qarşıya qoyduğunu anlamış olarıq. Çünki bu əhalinin 10 milyonu müstəqil Azərbaycan Respublikasının indiki sərhədləri daxilində yaşayır. 40 milyon soydaşımızın Azərbaycanın müstəqil və demokratik dövləti üçün çalışması, onların vahid orqanizmdə birləşməsi təbii ki, strateji əhəmiyyətli hadisədir. Hazırkı mərhələdə diaspor, dövlət orqanları və ictimai təşkilatların birliyi sayəsində həmin müqəddəs vəzifənin öhdəsindən gələ bilərik. Deməli, növbəti hədəf Azərbaycan dövlətinin qüdrətini onun insanlarının təmsilçiliyi ilə dünyanın hər guşəsində hiss etdirmək olmalıdır. Dövlət başçısının bütövlükdə Azərbaycan cəmiyyəti və xalqı qarşısında qoyduğu bu yüksək amala mütləq çatmaq lazımdır.

Yuxarıda vurğulanan özəlliklər kontekstində ölkə rəhbəri informasiya sahəsində fəaliyyəti məzmunca yeni səviyyəyə qaldırmaq barədə çox əhəmiyyətli fikirlər ifadə edib. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çox işlər görməyin lazım olduğunu deyib. Prezident dünya azərbaycanlılarının dördüncü qurultayında bildirib: "Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük... Erməni diasporu uzun illərdir ki, dünyada bizə qarşı çox çirkin kampaniya aparır".

Bu zaman rəqiblərin əsas məqsədi Azərbaycana qara yaxmaq, onun antidemokratik imicini yaratmaqdan ibarətdir. Məhz həmin tendensiyaya qarşı tutarlı və daha səmərəli informasiya fəaliyyəti qurulmalıdır. Bu, hazırda diaspor təşkilatları qarşısında duran əsas vəzifələrdən biri olmalıdır. Cənab Prezident bu kimi məqsədlərə çatmaq üçün lazım olan addımlardan biri kimi diaspor təşkilatlarının birləşməsini qeyd edib. İndi 462 diaspor təşkilatı vardır. Onların koordinasiyalı fəaliyyəti təbii ki, çətinliklərlə müşayiət olunacaq. Buna görə də diaspor daxilində inteqrasiya prosesinə böyük ehtiyac vardır.

Beləliklə, dövlət başçısı İlham Əliyev dünya azərbaycanlılarının dördüncü qurultayında diaspor, dövlət orqanları və ictimai təşkilatlar qarşısında strateji vəzifələr qoyub. Prezident müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətlərin bundan sonra da davam etməsi üçün bunun böyük əhəmiyyətinin olduğunu diqqətə çatdırıb. Bu kimi böyük məqsədlərə nail olmağın yolu isə hər bir azərbaycanlının məsuliyyətli olması və üzərinə düşən vəzifənin öhdəsindən vətənpərvərcəsinə gəlməsidir.

Vurğulanan kontekstdə Prezident İlham Əliyevin aşağıdakı fikirləri birbaşa qarşıya qoyulan vəzifələrin anatomiyasını təşkil edir. Ölkə başçısı ifadə edib: "Hazırda Azərbaycan Respublikası öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoymuşdur. Biz Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi məqsədilə qarşımıza böyük vəzifələr qoymuşuq. Həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimiz, o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumalı, antiazərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmalıdırlar".

Şübhə yoxdur ki, bu fikirlər dünya azərbaycanlılarının həm birliyinin, həm də aktiv fəaliyyətinin yeni səviyyəyə yüksəldilməsinin əsas prinsipləri kimi qəbul edilməlidir. Dövlət başçısı dünya azərbaycanlılarının həmrəyliyi məsələsinə müasir dövrün çağırışları bağlılığında yeni məzmun çaları verməklə müstəqil dövlətçiliyin strateji məqsədlərini bir daha bəyan etmiş oldu. Hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir! Bizi həmrəylik yeni-yeni qələbələrə aparacaq!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır