Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Həmrəylik Günü soydaşlarımız arasında milli birliyin formalaşmasında mühüm rola malikdir

Tokio, 31 dekabr, AZƏRTAC

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü müxtəlif ölkələrdə yaşayan soydaşlarımız arasında milli birliyin formalaşmasında mühüm rola malikdir.

Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı müxbirinə müsahibəsində Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər deyib.

X.Kələntər bildirib ki, 1991-ci il dekabrın 16-da, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sonradan müstəqil Azərbaycan Respublikasının Prezidenti olmuş ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Artıq 25 ildir ki, 31 dekabr dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi böyük ehtiramla qeyd olunur. Bu gün Azərbaycan diasporunun üzvləri üçün ən mühüm bayramlardan birinə çevrilib.

2016-cı ilin dünyada davam edən qlobal gərginliyə, iqtisadi və siyasi böhrana baxmayaraq, xalqımız üçün uğurlu olduğunu qeyd edən X.Kələntər deyib ki, yola salmaqda olduğumuz bu il tarixə həm də mühüm nailiyyətlərlə düşüb. Cari ilin aprel ayında şanlı Azərbaycan Ordusu düşmənə cavab zərbəsi endirərək 200 hektara yaxın ərazimizi, strateji əhəmiyyətli yüksəklikləri azad edib. Bu, atəşkəsdən sonra Dağlıq Qarabağ münaqişəsində xalqımızın ilk qələbəsidir. Arzu edirəm ki, qarşıdan gələn Yeni ildə belə qələbələrimizin sayı daha çox olsun, işğal altında olan torpaqlarımız mənfur düşmənin tapdağından azad edilsin.

X.Kələntər qeyd edib ki, bu ildə ikinci uğurumuz idmançılarımızın Rio Yay Olimpiya Oyunlarında qazandığı rekord sayda medallarla bağlıdır. İlk dəfə olaraq, idmançılarımız yüksək peşəkarlıq nümunəsi göstərərək Vətənə 18 medalla geri dönüblər. Mən deyərdim ki, bu, bütün dünya üzrə ən yaxşı nəticədir. Əgər Azərbaycanın göstəricilərini iri dövlətlərin ərazisi və əhalisinin sayı ilə müqayisədə götürsək, həqiqətən də idmançılarımızın çox böyük uğurunun şahidi olarıq.

Cari ilin iyun ayında Bakıda keçirilən “Formula-1” Avropa Qran-pri yarışları Azərbaycanın bütün dünyada, o cümlədən Yaponiyada daha geniş tanınmasında mühüm rol oynadı. Yaponiyada bu yarışlara olan böyük maraq həm də diqqətləri Azərbaycana yönəltdi. Yaponiyalı “Formula-1” azarkeşləri yüksək səviyyədə təşkil edilən yarışları böyük maraqla izlədilər. Bu yarışlar ölkəmizin uzaq Yaponiyada daha yaxşı tanınmasına böyük təsir göstərdi.

“2016-cı il həm də tarixə Dünya Azərbaycanlılarının IV qurultayı ilə daxil olub. Dünyanın hər yerindən doğma Bakıya toplaşan həmvətənlərimiz Azərbaycanın tarixinin, mədəniyyətinin beynəlxalq aləmdə daha geniş tanıdılması üçün yeni yolların axtarılması istiqamətində müzakirələr apardılar. Dünyada müstəqil xarici siyasət yeridən Azərbaycan dövlətinin imicinin daha da artması üçün rəy və təkliflərini bildirdilər. Yaponiyada yaşayan azərbaycanlılar da Prezident İlham Əliyevin diasporumuzun qarşısında qoyduğu vəzifələrin uğurlu icrası məqsədilə var gücləri ilə çalışırlar. Əsasən ziyalılardan ibarət olan Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin üzvləri müdrik xalqımızın uca adının bu Gündoğar ölkədə daha geniş tanıdılması üçün əlindən gələni edir. Azərbaycan ilə Yaponiya arasında əlaqələr son illər intensivləşən qarşılıqlı rəsmi səfərlər, birgə iqtisadi layihələr fonunda xeyli inkişaf edib. İki dost ölkə arasında regionlararası əməkdaşlığın inkişafı istiqamətində ardıcıl, məqsədyönlü iş aparılır. Yaponiyadan Azərbaycana, eyni zamanda, doğma vətənimizdən bu Gündoğar ölkəyə qarşılıqlı turist səfərlərinin də sayı xeyli artıb. Azərbaycan adı artıq Yaponiyada dinamik inkişafın, sabitlik və tərəqqinin, sülh və dostluq əlaqələrinin rəmzinə çevrilib. Bu, bizi, Yaponiyada yaşayan azərbaycanlıları ürəkdən sevindirir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı fikirlərini bölüşən JGC şirkətinin mütəxəssisi Emil İlyasov da xalqımızı bayram münasibətilə təbrik edərək, yeni ildə firavanlıq və uğurlar arzulayıb. Qeyd edib ki, milli birliyimiz nəticəsində xalqımız 2017-cı ildə də böyük uğurlara imza atacaq. E.İlyasov əmin olduğunu bildirib ki, məhz milli birlik nəticəsində qazanılan nailiyyətlər bundan sonra da davam edəcək. Ötən ilin mühüm hadisələri sırasında aprel döyüşlərində ordumuzun mühüm qələbəsinə diqqət çəkən E.İlyasov işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə inandığını bildirib.

Həmrəylik Günü münasibətilə xalqımızı təbrik edənlər arasında Yaponiyanın “Rakuten” şirkətinin meneceri, bodibilder üzrə Yaponiya beşincisi Fərhad Ağayev də var. O bildirib ki, bu Gündoğar ölkədə yaşayan soydaşlarımız Vətəndən nə qədər uzaqda olsalar da ürəkləri həmişə Azərbaycanladır. Gücümüzün milli birlikdə olduğunu vurğulayan F.Ağayev bayramlar münasibətilə təbriklərini çatdırıb, xalqımıza yeni ildə daha böyük uğurlar arzulayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

Şirvan şəhərindəki FHN-in yanğın-taktiki təliminə 16 texnikası və 45 əməkdaşı cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı