MƏDƏNİYYƏT
Həmvətənimiz “Dünya sənsiz boşaldı” adlı konsert proqramında
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 22-də Xilaskar İsa Məbədin kilsə zalında estrada müğənnisi, RSFSR-in Xalq Artisti Mayya Kristalinskayanın (1932-1985) xatirəsinə həsr edilmiş “Dünya sənsiz boşaldı” adlı konsert proqramı təqdim olunacaq. Həmvətənimiz Emil Qədirov bu konsertdə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Emil Qədirovun saytında yer alıb.
E.Qədirov Kreml Sarayında, İttifaqlar evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. O, Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olub, hazırda “Qradskiy Holl” teatrının solistidir. Onun repertuarına dünya klassik operasından ariyalar, dünya bəstəkarlarının romansları və estrada mahnıları daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]