İDMAN
Həmvətənimiz Murmansk turnirinin qalibi olub
Bakı, 31 yanvar, AZƏRTAC
Bu günlərdə Murmanskda, Həmkarlar İttifaqı Komitəsinin Mərkəzi Stadionunun İdman sarayında əlbəyaxa döyüş üzrə şəxsi-komanda birinciliyi və şəhər çempionatının açılışı olub. Yarışda Rusiya Federasiyasının Murmansk, Severomorsk, Polyarnıye Zori şəhərlərindən və Kola rayonundan 80-dən çox idmançı iştirak edib. Birinciliyin yekunlarına görə, gənclərdən ibarət komanda təşkil olunacaq. Komanda Şimal-Qərb Federal Dairəsinin birinciliyində iştirak edəcək.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov bildirib ki, Kola rayonundan olan həmvətənimiz Ruslan Novruzov 60 kiloqram çəki dərəcəsində yarışın qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]
Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ
- 26.04.2024 [11:46]
Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub
- 26.04.2024 [11:24]
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
- 26.04.2024 [10:55]
“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm
- 26.04.2024 [10:34]
Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur
- 26.04.2024 [10:23]