İDMAN


Həmvətənimiz “Osenniy Murmansk” festivalında xüsusi mükafata layiq görülüb

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Murmansk şəhər həmkarlar ittifaqlarının mərkəzi stadionunun idman sarayında 150-dək yeniyetmə kimin daha güclü olduğunu ayırd edib. Murmansk Şəhər İdman Komitəsinin təşkilatçılığı ilə keçirilən yunan-Roma güləşi üzrə Beynəlxalq uşaq festivalına Rusiya Federasiyasının Kola yarımadasındakı şəhərlərdən və Norveçdən 10-16 yaşlı uşaqlar qatılıblar.

Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, festival 18-ci dəfədir keçirilir. Murmansk, Snejnoqorsk, Severomorsk, Oleneqorsk və Moloçnıdan olan yeniyetmə güləşlər kirkenesli yaşıdları ilə mübarizə aparıblar.

Mükafatlar 26 çəki dərəcəsində oynanılıb. Otuz üç kiloqramadək çəki dərəcəsində çıxış edən oleneqorsklu Qurban Əliyev qələbə əzminə görə xüsusi mükafata layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.