SİYASƏT


Həmyerlimiz Başqırdıstan Respublikası Baş nazirinin müavini təyin edilib

Bakı, 25 yanvar, AZƏRTAC

Həmyerlimiz Fərhad Səmədov Rusiya Federasiyasının Başqırdıstan Respublikası Prezidentinin Fərmanı ilə Baş nazirin müavini təyin olunub. Soydaşımız Başqırdıstan Respublikasında sənaye, innovasiya prosesləri, informasiya texnologiyaları sahəsinə nəzarət edəcək.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Qeyd edək ki, Fərhad Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb.

1994-1998-ci illərdə “Eksimer” elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub. 2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan “Kaustik” QSC-yə, “Soda” ASC-yə rəhbərlik edib.

Rusiya Federasiyasının fəxri kimyaçısı olan Fərhad Səmədov Baş nazirin müavini təyin edilənə qədər “Birləşmiş neftkimya şirkəti”nin prezidenti olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.