İDMAN


Həmyerlimiz Berlində karate üzrə yarışda bürünc mükafatçı olub

A+ A

Berlin, 21 sentyabr, AZƏRTAC 

Azərbaycanın Almaniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 17-18-də Almaniyanın Berlin şəhərində Karate üzrə “International Banzay Cup” adlı beynəlxalq yarış keçirilib. Yarışda 38 müxtəlif ölkədən idmançılar iştirak edib. Azərbaycanı mötəbər yarışda həm hakim, həm də yarış iştirakçısı qismində Qürbət Məhərrəmov təmsil edib.

İdmançımız 30-39 yaş qrupu arasında keçirilən yarışda 3-cü yeri tutaraq, yarışın bürünc mükafatçısı olub, Azərbaycanın Dövlət bayrağını dalğalandırıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.