ELM VƏ TƏHSİL
Həmyerlimiz Kazanda beynəlxalq elmi konfransda çıxış edib
Bakı, 2 oktyabr, AZƏRTAC
Kazan Federal Universitetində “Gələcəyin elmi” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib. Müxtəlif ölkələrdən 1300-dən çox iştirakçının qatıldığı tədbirdə ölkəmizi Y.Məmmədəliyev adına Neft-Kimya Proseslər İnstitutunun (NKPİ) əməkdaşı Kamran Bağırov təmsil edib.
NKPİ-dən AZƏRTAC-a bildiriblər ki, mərasimdə həmyerlimizin “Kimya sahəsində nəzəri və təcrübi inkişaf arasında əlaqə kimi kompyuter modelləşmənin rolu və onun perspektivləri” adlı məruzəsi dinlənilib.
Tədbirdə müasir və innovativ istiqamətlər, müxtəlif elm sahələrinin elmi tendensiyaların inteqrasiya sahəsində və müasir dövrdə fənlərarası anlayışının əhəmiyyətinin vacib rolu müzakirə olunub.
Konfransın məqsədi 42 ölkədən olan alimləri, tələbə və aspirantları bir araya gətirərək müzakirələr aparmaqdan ibarətdir.
Beynəlxalq elmi konfrans zamanı Kazan Federal Universiteti səhərciyinin ərazisində davamlı olaraq çoxsaylı tematik tədbirlər də keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]