İQTİSADİYYAT


Həmzə Kərimov: Rumıniyada “SOCAR” brendli yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdırılacaq

Bakı, 1 iyun, Nihad Budaqov, AZƏRTAC

Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı cari ilin sonunadək 40-a çatdırılacaq.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” törəmə şirkətinin baş direktoru Həmzə Kərimov deyib.

“Hazırda paytaxt Buxarestdə və Rumıniyanın 17 regionunda “SOCAR” brendi ilə 36 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu ilin sonunadək "SOCAR" brendi ilə Rumıniyada daha 4 yanacaqdoldurma məntəqəsi istifadəyə veriləcək", - deyə Həmzə Kərimov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.