Həndbol üzrə Azərbaycan kuboku turnirinin finalçıları məlum olub
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da həndbol üzrə Azərbaycan kuboku uğrunda yarımfinal görüşləri keçirilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarımfinal mərhələsinin cavab görüşləri gözlənildiyi kimi maraqlı mübarizə şəraitində keçib. Qadın həndbolçuların mübarizəsində "Azərsu" komandası "İdman Akademiyası"na 37:22, "Nur" kollektivi "Qarabağ"a 31:22 hesabı ilə qalib gəlib.
Kişi həndbolçuların yarışında isə "Məhsul" "Təhsil" komandasını 33:31, "Bakı" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçilərini 37:25 hesabı ilə məğlub edib. Beləliklə, yarımfinal mərhələsinin oyunlarının nəticəsinə əsasən, finalda "Azərsu" "Nur"la, "Məhsul" isə "Bakı" ilə qarşılaşacaq.
Xatırladaq ki, final qarşılaşmaları martın 7-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]