SİYASƏT
Henri Kissincerə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi qızıl medalı təqdim olunub
Bakı, 3 oktyabr (AZƏRTAC). Amerika Birləşmiş Ştatlarının dövlət xadimi, tanınmış siyasətçi, beynəlxalq münasibətlər üzrə ekspert Henri Kissincerə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi qızıl medalı təqdim olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, mükafatı Mərkəzin baş katibi Rövşən Muradov təqdim edib. Bununla əlaqədar Nyu-Yorkda keçirilən tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, 2015-ci ildə Bakıda təşkil ediləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu haqqında müzakirələr aparılıb.
H.Kissincer ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, keçmiş dövlət katibi, Nobel sülh mükafatı laureatıdır.