REGİONLAR
Hər bir Azərbaycan vətəndaşı qətiyyətli Prezidenti, qüdrətli dövləti və güclü ordusu ilə fəxr edir
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordusu komandanının müavini, general-mayor Vasif Kazımov müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların muxtar respublikanın müdafiəsində cəsarətlə dayandıqlarını bildirib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini Hacıqadir Qədirzadə ehtiyata buraxılan hərbi qulluqçuları təbrik ediblər.
Bildirilib ki, ehtiyata buraxılan gənc¬lər Azərbaycan Respublikasının Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadiq qalaraq, ölkəmizin ərazi bütövlüyünün qorunması, muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi və düşmən təxribatlarının qarşısının alınmasında öz vəzifə borclarını şərəf və vicdanla yerinə yetiriblər. Ancaq unutmamalıyıq ki, torpaqlarımızın bir hissəsi düşmən tapdağı altındadır. Bizim ən böyük vəzifəmiz bu torpaqları işğaldan azad etməkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu yolda qətiyyətli addımlar atır. Hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, onun qətiyyətli Prezidenti, qüdrətli dövləti və güclü ordusu var.
Sonra ehtiyata buraxılan hərbi qulluqçulara hərbi biletlər təqdim olunub.
Tədbirin bədii hissəsində isə Naxçıvan Muxtar Respublikasının yaradıcı kollektivləri hərbi qulluqçular qarşısında konsert pro¬qramı ilə çıxış ediblər.