SİYASƏT


Hər bir azərbaycanlı Xalq Cümhuriyyətinin şanlı tarixi ilə qürur duyur

Bakı, 26 may, AZƏRTAC

Pirallahıda 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi ilə əlaqədar təntənəli yığıncaq keçirilib. Bu barədə AZƏRTAC-a Pirallahı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Tədbirdə icra hakimiyyətinin nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər. Əvvəlcə iştirakçılar rayon məktəblilərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov tədbirdə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu, imperiyaların yıxıldığı bir vaxtda, XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi öz adını şanlı tariximizə həkk edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 99 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur.

Bayram tədbiri konsert proqramı ilə davam edib.

Sonda Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsi tərəfindən kimsəsiz, tənha və imkansız ailələrə bayram sovqatı paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.