CƏMİYYƏT


Hər çiçəkdən bir rəng alır...

Bakı, 11 may, AZƏRTAC

Kəpənəklər dünyanın ən gözəl və ən qısa ömürlü canlılarından biridir. Zərli qanadları min bir rəngə çalan kəpənəklər həm çiçəklərin tozlanması, həm də nəsil artımı üçün süfrə qoymaq missiyasını yerinə yetirirlər. Həşəratlar sinfinin təkamülcə ən gənc nümayəndələri olan kəpənəklərin yüz minlərlə növü var. Onların görmə qabiliyyəti çox zəifdir, bir-birlərini parlaqlıq və al-əlvan boyanmaları hesabına görə bilirlər. Yırtıcı heyvanlar rəngli həşəratlardan qorxduğuna görə bu, həm də onları qoruyur.

Dişi kəpənək öz qısa ömründə mindən artıq yumurta qoyur. Monarx kəpənəyi altı ay, yerdə qalan kəpənəklər bir neçə gün yaşayır. Tropik kəpənəklərdən başqa arktik kəpənəklər də var və onların qanadları al-əlvan deyil, ağımtıl və şəffaf olur.

Avropada kəpənəyin gözəlliyindən, Çin, Cənubi Amerika və Hindistanda isə onun dadından ləzzət alırlar. Şimali Koreyanın ilk prezidenti Kim İr Senin 80 illik yubileyində əsgər və zabitlər ona 4,5 milyon kəpənək qanadından ibarət şəkil hədiyyə ediblər. Stokholmdakı klinikalardan birində stressdən əziyyət çəkənləri çiçək və kəpənəklərlə müalicə edirlər.

Şimali Amerikada yaşayan “saturniya polifen” gecə kəpənəklərinin süfrəsi ilk 48 saatda öz çəkisindən 86 min dəfə çox qida qəbul edir. Kəpənəklər öz çəkilərindən iki dəfə artıq şəkər məhlulu içə bilərlər.

Kəpənəklər yatmır və onların ağciyərləri yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.