CƏMİYYƏT
Hər dərdin dərmanı
Bakı, 30 iyul, AZƏRTAC
AZƏRTAC “Newsland” saytına istinadla xəbər verir ki, “Purdue” elmi universitetinin amerikalı alimlərinə görə, orqanizmdə A vitamininin çatışmazlığı əksər xəstəliklərin əsas səbəblərindən biridır. Bu maddənin qida borusunda və bağırsaqlarda immun hüceyrələrinə təsirini öyrənən mütəxəssislər əmindirlər ki, bizim bütün qoruyucu sistemimiz bütünlüklə qida məhsullarının tərkibinin A vitamini ilə nə dərəcədə zəngin olmasından asılıdır. A vitamini yetərli olmayanda infeksiyalara və viruslara təsir reaksiyası bir neçə dəfə zəifləyir.
Kimyəvi səviyyədə bu, orqanizmin A vitaminini metabolitə çevirmək bacarığı ilə izah olunur, bu isə öz növbəsində immun hüceyrələri üçün “inşaat kərpici” rolunu oynayır. A vitamini bir çox ərzaqların tərkibində olsa da, heyvan mənşəli qidadan daha yaxşı həzm olunur. Vitamin daşıyıcıları arasında şəksiz lider balıq yağıdır. Onun ardınca balıq, quş və məməlilərin qaraciyəri, habelə adi toyuq yumurtaları gəlir. Amma A vitamini bolluğu da ziyandır. Odur ki, fərdi optimal menyunu diyetoloqla razılaşdırmaq lazımdır.