İQTİSADİYYAT


Hər gün Azərbaycana təxminən 600-dən çox ərəb turist gəlir

A+ A

Bakı, 6 avqust, Elvin Camalov, AZƏRTAC

Körfəz ölkələrindən hər gün Azərbaycana təxminən 600-dən çox ərəb turist gəlir.

Bu barədə “Falcon Travel” şirkətinin direktoru Pərviz Musayev AZƏRTAC-a eksklüziv müsahibəsində deyib. O bildirib ki, “Azərbaycan Hava Yolları”, “FlyDubai” və “Qatar Airways”lə Bakıya olan gündəlik reysləri hesablasaq ölkəmiz hər gün 600-1000 arası ərəb turist qəbul edir. Gələn turistlərin ölkəmizdəki gündəlik xərcləri isə minimum 150-200 dollardan başlayır.

P.Musayevin sözlərinə görə ölkəmizdə olan ərəb turistləri vətənlərinə qayıtdıqdan sonra onlarla əlaqə qurulur və təəssüratları öyrənilir.

“Ərəb ölkələrindən gələn turistlərin 99 faizi Azərbaycanda olmaqdan məmnunluqlarını bildirir və növbəti illərdə də məhz ölkəmizi seçəcəklərini söyləyirlər. Azərbaycandakı münasib qiymətlər və otellərdəki xidmət səviyyəsi, o cümlədən də ölkəmizin təbiəti ərəb turistləri cəlb edir. Lakin, narazı olduqları xırda sahələrdə var ki, bunlar da ünsiyyət problemi ilə bağlıdır. Taksi sürücüləri, mağazalarda satıcıların xarici dilləri, əsasən də ingilis dilini zəif bilmələri turistlərin istəklərini çatdırmalarında problem yaradır. Ölkədə beşulduzlu otellərin sayının artırılması da vacib məsələlərdən biridir. Çünki, indiki vəziyyət onu göstərir ki, gələn il Azərbaycana səfər edən ərəb turistlərin sayı bu ilkindən daha çox olacaq”, - deyə P.Musyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.