ELM VƏ TƏHSİL


“Hər kağızı bir yarpağa dəyişək” layihəsinə UNEC-dən dəstək

Bakı, 11 may, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyinin (İB) təşəbbüsü ilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, UNEC “Yaşıl universitet” şüarı altında “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə dəstək göstərib.

Layihə ilə bağlı UNEC-də olan IDEA İB-nin nümayəndəsi Nəzakət İsayeva bildirib ki, aksiyanın məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Eyni zamanda, ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təbliğ etməkdir.

UNEC-in iqtisadi məsələlər üzrə prorektoru Mikayıl Zeynalov universitetdə ekoloji layihələrə xüsusi önəmin verildiyini bildirib. O, UNEC kollektivinin Badamdar qəsəbəsindəki iki hektar boş sahədə 1500-dən artıq ağac əkdiyini və Ulu Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə həmin ərazidə iməcilik işlərinin aparıldığını diqqətə çatdırıb. UNEC-in elektron universitet modelinin tərkib hissəsi olan elektron sənəd dövriyyəsinə keçidlə bağlı universitetdə kağızdan istifadənin minimuma endirildiyini vurğulayıb.

UNEC-in kollektivi on min tondan çox kağız tullantısını təkrar emal məqsədilə təhvil verib.

Sonda “Hər kağızı bir yarpağa dəyişək” layihəsində fəal iştirakına görə UNEC-in kollektivinə təşəkkürnamə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.