DÜNYA
Hər saat təhlükəsizlik kodunu dəyişən ekrana malik bank kartı hazırlanıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Fransanın “Oberthur Technologies” şirkəti təhlükəsizlik kodunu hər saat dəyişən kredit kartı hazırlayıb. İstehsalçıların fikrincə, belə təhlükəsizlik tədbiri kart oğurlandığı zaman ondan istifadəni qeyri-mümkün edəcək.
AZƏRTAC “techcult.ru” saytına istinadla xəbər verir ki, son zamanlar kredit bank kartları ilə bağlı internet fırıldaqçılığı geniş yayılıb. Əksər banklar şübhəli əməliyyatların nişanlanması yolu ilə fırıldaqçılarla mübarizə aparmağa çalışsa da, bu sistem özünü doğrultmayıb. Fransanın “Sosiete General” və “Groupe BPCE” bankları “Oberthur Technologies” şirkəti tərəfindən hazırlanmış və fırıldaqçılığın qarşısının alınması üzrə “Motion Code” adlı yeni sistem tətbiq edib.
Kredit kartının arxa tərəfində yerləşdirilmiş kiçik ekranda hər saat təhlükəsizlik kodu dəyişilir ki, bu da fırıldaqçı əməliyyat cəhdlərinin qarşısını alır. Ekran möhkəm sukeçirməz materialdan hazırlanıb və üçillik kiçik litium akkumulyator vasitəsilə işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]