CƏMİYYƏT


“Hər şeyə rəğmən” oynayın, onda qaçqın həyatının nə demək olduğunu hiss edərsiniz

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsi (QAK) “Vopreki vsemu” (“Hər şeyə rəğmən”) adlı interaktiv veb-oyunun rusdilli versiyasını təqdim edib.

AZƏRTAC BMT-nin xəbərlər mərkəzinə istinadla bildirir ki, bütün sınaqları www.voprekivsemu.com saytında keçəm olar.

BMT QAK-ın Baltik və Skandinaviya ölkələrindəki regional ofisinin dəstəyi ilə işlənib hazırlanmış bu oyunun rusdilli versiyası BMT QAK-ın Rusiya Federasiyasındakı Nümayəndəliyi tərəfindən yaradılıb.

Oyunun rus dilinə tərcüməsi BMT könüllərinin dəstəyi ilə həyata keçirilib.

Yeni oyun sentyabrın 19-da Nyu-Yorkda BMT-nin qərargahında keçiriləcək Qaçqınlar və miqrantlar məsələsi üzrə Sammit ərəfəsində yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.