Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hər zaman mənimlə qalacaq bayram

Hər zaman mənimlə qalacaq bayram

Bakı, 10 may, (Aynur Bəşirli) AZƏRTAC

Heminquey Paris üçün belə deyirdi. Deyirdi ki, əgər sənin bəxtin gətiribsə, gəncliyində Parisdə yaşamısansa, onda sonralar harada yaşamağından asılı olamayaraq, o hər zaman səninlə olacaq, çünki Paris hər zaman səninlə qalacaq bayramdır. Mənim ömrümün Parisi 19 il bundan əvvəl başladı, altı il davam etdi və nə qədər ki, Allah yaddaşımı əlimdən almayıb, o, mənimlə qalacaq. Mənim ömrümün Parisi – mənimlə qalacaq bayramım…

Bu yazına Sizə həsr edirəm, cənab Prezident (mən Sizə ancaq belə müraciət edirdim), mənə bitməyən bir bayram bağışlayan İNSANA… Bu yazını oxucuya yox, Sizə ünvanlayıram.

İlk dəfə Sizinlə Pakistandan qayıdanda təyyarədə söhbət etdik. Adətiniz üzrə (mən bunu sonra bildim) qadın jurnalistləri və deputatları yanınıza dəvət etdiniz. Masanın üstündə o zamanlar Bakıya hələ gəlib çatmamış, ölçüsü adamı çaşdıran iri çiyələklər vardı. Zarafarla: “Yeyin, - dediniz, - Bakıda beləsini tapmayacaqsınız”. Mən dəstədə təzə idim. Kim olmağımla maraqlandınız. Dedim ki, siz mənim uşaqlığımın qəhrəmanı olmusunuz. Açıqlama vermədim. Amma indi verirəm. Mənim uşaqlığım 80-ci illərə - Azərbaycanın İttifaqa, böyüdüyüm Cəlilabadın isə respublikaya səs saldığı bir zamana düşüb. O illər Siz rayonumuza gəlmişdiniz, Leonid İliç isə Bakıya. Sizin gəlişiniz təkcə rayonun həyatında deyil, həm də bizim uşaqlıq oyunlarımızda izsiz ötüşmürdü. Mən rus rəfiqəm Sveta ilə qonaqları - qəhrəmanları öz aramızda bölmüşdük. Şübhəsiz, mən Sizi seçmişdim. Bu yerdə Vaqif Səmədoğlunun uşaqlıq assosiasiyalarının sonralar böyüdükcə bizim üçün nə dərəcədə önəmli, həlledici olmağı barədə fikirləri yadıma düşür. Doğrudan da, təyyarədəki ilk söhbət zamanı birdən-birə uşaqlığım, daha doğrusu, uşaqlıq assosiasiyam öz işini gördü. Sonra Sizdən əlamətlərə inanıb-inanmadığınızı soruşdum. Bir də maraqlandım ki, 24 yaşınız olsa idi, nə edərdiniz. Onda Elmira Əmrahqızı köməyimə çatdı, izah etdi ki, Aynurun 5 gündən sonra 24 yaşı tamam olur. Siz mənə dünyanın ən səmimi və ən şirin cavabını verdiniz. O söhbətdən yadımda ən çox qalan bu oldu ki, mən heç sıxılmadım. Bu, Sizin böyüklüyünüzdən irəli gəlirdi. Siz məni həmin gündən auranıza saldınız…

Pakistanda qəribə bir hadisə də olmuşdu. Biz Gəncə ilə qardaşlaşan Lahorda dünyanın ən böyük məscidlərindən birinə - Badi-Şahi məscidinə gedirdik. Kortecin ardınca hərəkət edən avtobusdan düşən kimi Sizdən aralı düşməmək üçün adətim üzrə çantamı qoltuğuma vurub qaçdım. Birdən sanki özüm-özümü uzaqdan gördüm. Mənə elə gəldi ki, bu səhnəni haçansa yaşamışam. İllər öncəsi məktəbdə oxuyarkən sinif yoldaşlarıma “Mən jurnalist olub dünyanı nümayəndə heyətləri ilə gəzəcəyəm,” - deyəndə. İndi bu sadəlövh arzum gerçəyə çevrilmişdi… Biz Badi-Şahini gəzirdik. Mən fotolar çəkirdim. Son kadr Badi-Şahinin payına düşdü. İki gün sonra “Günay” qəzetinin ilk səhifəsində “Pakistan kadrda və kadr arxasında” adlı yazım bu sözlərlə bitəcəkdi: “İlk kadrda Çünəş, son kadrda Badi-Şahi. Bu səfərin xeyir-duasını Allah vermişdi”. Mən onda sonadək anlamasam da, bilirdim ki, xəyalları gerçək edən Allahdır. Duyurdum ki, həyatımda yeni bir səhifə açılır və o səhifənin müəllifi Sizsiniz. Ömrümdə ilk dəfə idi ki, əlimə fotoaparat alırdım. Dəstədə bir fotoqraflar şəkil çəkirdilər, bir də mən. Fotojurnalist kimi ilk təcrübəmin 36 kadrından 11-də Siz vardınız. 11-i də normal şəkillər idi. Bakıya gələndən sonra birdən yadıma evimizdə Sizin rayonumuza səfərinizə həsr olunmuş ağ-qara şəkilli qırmızı cildli iri albom düşdü. Fikirləşdim ki, niyə mən belə bir albom düzəltməyim? “Günay” qəzetinin baş direktoru İlham Əmiraslanovla birlikdə albom seçdik, birlikdə şəkilləri səliqə ilə yapışdırdıq. Sonra yazını da albomun üstünə qoyub köməkçinizdən xahiş etdim ki, Sizə çatdırsın…

Sonralar biz hər səfərdən Sizə albom düzəldib verəcəyik. Bu bir adət olacaq və bir gün elə təyyarədəcə dediniz ki, albomlara baxırsınız. Bilirsinizmi bu sözlər mənə necə qanad verdi? Mən hiss edirdim ki, Siz şəkillərə də baxmağa vaxt tapırsınız, yazıları oxumağa da. Belə olmasa idi…

Lüksemburqdan qayıdırdıq. Yenə də təyyarədə bizimlə söhbət edirsiniz. O zamanlar artıq bir il idi ki, mən Sizin tədbirləri gecəli-gündüzlü “Günay” qəzeti üçün işıqlandırırdım. Yadımdadır ki, 1995-ci ilin mayından “Günay”ın Prezident Aparatı üzrə müxbiri təyin olunduğum gündən bir həftə sonra başa düşdüm ki, yaddaşım nə qədər güclü olsa da, Sizin görüşlərinizin sayını itirməmək üçün mütləq bir gündəlik tutmalıyam. Əslində, bu gündəlikdən də çox “bir cümlə - bir xəbər” üslubunda yazılan xronika idi. Ay tamam olanda gördüm ki, əlimdə əməlli-başlı bir material toplanıb. Prezidentin fəaliyyətinin aylıq xronikası. Beləcə, “Günay” hər ayın son günündə Prezidentin fəaliyyətinin aylıq xronikasını verməyə başladı. Bir-iki aydan sonra şöbə redaktorum Valid Sənani belə bir ideya verdi : “Bu xronikanı topla kitab et”. Kitabın razılığı Sizdən alınmalı idi. Bax onda Lüksemburqdan gələndə Sizdən icazə istədim. Soruşdunuz ki, o xronikaları sən hazırlayırsan? Demək, xronikadan xəbəriniz vardı. Mən onda əmin oldum ki, zənnimdə yanılmamışam. Çünki bunu zənn etməyə əsas olan daha bir hadisə baş vermişdi.

1996-cı il martın 1-i. Bizə xəbər verdilər ki, axşam Kirxada Toğrul Nərimanbəyovun konserti var, Prezident oraya gedəcək. Kirxaya çatanda gördüm ki, siyasi hadisə olmadığı üçün rəsmi agentliklərdən başqa, jurnalistlərdən gələn yoxdur. Siz gəldiniz. Konsert gözəl keçdi. Konsertdən sonra mən maşınsız idim deyə Prezident Aparatının maşınına məni dəvət edən həmkarlarıma etiraz etməyib onlarla bir yerdə yola düzəldim. Birdən Bülbül prospektində kortec dayandı. Hamı sürətlə maşından çıxıb Siz gedən istiqamətdə qaçmağa başladı. Mən də maşından nə vaxt çıxdığımı bilmədim. Mühafizənin mənimlə işi yox idi, yol açıq idi və bu yol bizi o zamanlar şəhərdə yeganə modern mağaza olan “Kontinental”a aparırdı. Mən mağazaya girəndə Siz sakit bir tövrlə gəzirdiniz, mallara baxırdınız, satıcıya sual verirdiniz. Birdən gözünüz “Kinder sürpriz”ə sataşdı. Şəkilli folqaya bürünmüş yumurta Sizə qəribə gəldi. Əlinizə götürüb baxdınız, maraqlandınız ki, bu nədir. Sonra yumurtanı qoydunuz yerinə. Siz bir qədər aralanan kimi mən həmin yumurtanı götürüb, kassaya yaxınlaşdım…

Sonra Sizin Nizami küçəsi ilə gecə gəzintiniz başladı. Paralel istiqamətdə insanlar sizə doğru axışırdılar və yavaş-yavaş irəliləyən bir izdiham yaranırdı. Nizami və Səməd Vurğun küçələrinin kəsişdiyi yerdə Sizi müşayiət edən general Bəylər Əyyubov birdən əlimdəki “Kinder”i görüb öyrəndi ki, bayaq Sizin seçdiyiniz yumurtadır. Sizə yaxınlaşdı, məni – “Günay”ın gənc müxbirini təqdim etdi. Mən də Sizə “Kinder sürpriz”dən danışmağa başladım. Həmin anı əks etdirən foto çəkdiyinə görə, Rafiq Bağırova dünyalarca minnətdaram. Sonra mühafizənin dairəsi daraldı. Paralel irəliləyən insan dənizi bir anda Sizi bu dənizdə bir adaya çevirdi. Sizi salamlayan kim, sual verən kim, biri İrandan, biri Turandan… O gecədən bir reportaj yazdım. Adını “Kinder sürpriz”lə bağladım. Amma yazı “Kinder sürpriz”dən yox, həyatın sürpizindən - Sizin insanlarla gecə görüşünüzdən idi. Sizə yaxınlaşanların içində yeniyetmə bir qız vardı, ağlayırdı. Atasının mart hadisələri zamanı günahsız yerə tutulduğunu deyib, xahiş edirdi ki, onun işinə yenidən baxılsın. Bütün bunlardan “Günay”ın oxucuları səhəri gün xəbər tutdular. Bir müddət sonra isə yazıda adıçəkilən, işinə yenidən baxılan hərbçi azadlığa buraxıldı. İllər keçsə də, hər dəfə mən tələbələrimə jurnalistikanın məkansız və zamansız olduğunu deyəndə bu misalı çəkirəm. Biz, jurnalistlər, heç zaman bilməyəcəyik ki, xəbər harada, nə zaman yaranacaq. Həmin gecə olduğu kimi. Amma bundan da önəmli olan xəbəri yaradanlardır. Sizin kimi. Siz olduğunuz yerdə hər zaman nəsə baş verə bilərdi. Siz mənim üçün kommunikasiyanın Şahı idiniz və Şahı olaraq qalırsınız. Kommunikasiya təkcə dillə, nitqlə olmur. Nitq ikincilidir. Nitqə qədər bizim hamımız qarşımızdakı insanla təmas nöqtələrimizi təhtəlşüurda ölçüb-biçirik, fikirləşirik ki, deyək, ya deməyək, ünsiyyət quraq, ya qurmayaq. Sizə sual verməzdən əvvəl biz jurnalistlərdə energetik yüklənmə gedirdi. Biz, bayaq dediyim kimi, əvvəlcə Sizin auranıza düşürdük, sonra özümüzdən xəbərsiz Sizə doğru axışırdıq. Bu, izahedilməz bir cəzb idi. Siz hara gedirdinizsə, biz də Sizin arxanızca. Sınamışdım, bu anda bizi mühafizə belə saxlaya bilmirdi…

1996-cı il, aprelin 23-ü, Brüssel. NATO-nun mənzil-qərargahına gedirik. Jurnalistlərin buraxılışı yoxdur. Mən bundan xəbərsizəm. Avtobus dayananda Siz artıq maşından düşüb binaya doğru gedirdiniz. Qaçmaqdan başqa əlac vardımı? Qaçıram, pilləkanlarda özümü nümayəndə heyətinə çatdırıram. Sonra Sizin NATO-nun baş katibi Havyer Solana ilə görüşünüzün ilk dəqiqələrindən foto çəkirəm. Yalnız indi təhlükəsizlik xidməti mənim buraxılışsız olduğumu görür. Amma iş-işdən keçib. Mənim fotolarım var…

Biz hərdən çox uzağa gedirdik. Çünki Sizinlə qorxu nədir bilmirdik. Əsgər generalından arxayın olanda necə cəsarətli olursa, bizə də elə bir cəsarət gəlirdi. Belə anlarda ehtiyatsızlıq edəndə Siz qayğımıza qalırdınız.

1997-cı il 19 iyun. Özbəkistandan qayıdırıq. Bizi ətrafınıza toplayıb təəssüratlarımızı eşitmək istəyirsiniz. Parkda başıma gələn hadisəni danışıram. O zaman Özbəkistanda dollar ilə alış-veriş etməyə qadağa qoyulmuşdu. Dollarla ticarətə görə saxlanılmaq, hətta tutulmaq olardı. Mən də şəhər parkında xatirə olaraq araqçın almaq istəyəndə əlimdə ancaq dollar vardı. Sizə bunu danışanda simanızdakı təşvişi sezməmək mümkün deyildi. “Birdən səni tutardılar,”- dediniz, doğma bir insan kimi narahatlığınızı gizlətmədiniz.

Düzdür, məni kimsə tutub Özbəkistanda saxlamazdı. Siz də bunu gözəl bilirdiniz. Amma istəməzdiniz ki, başımız ağrısın. Siz bizim hamımızı çox sevirdiniz…

1996-cı il, Türkmənistan. Gecədən keçib. Otelin qarşısında durub Sizi gözləyirik, sözün əsl mənasında açıq havada qarovul çəkirik. Üçümüzük – Elmira Əmrahqızı, Elmira Axundova və mən. Nəhayət, maşınınız yaxınlaşır. Deyəsən, bizi gördünüz. Qapının şüşəsi aşağı salınır: “Burada gecə vaxtı nə edirsiniz? Çörək yemisiniz?”

Təkcə çörəklə doymur insan. Siz bunu hamıdan gözəl bilirdiniz. Sizinlə ünsiyyət özü çörək qədər əvəzsiz idi.

Təkcə çörəklə iş bitsəydi, nə vardı ki… O çörəyin dadı damağımda, ətri burnumdadır. O çörək bu gün də mənim süfrəmdədir. O çörək həm sözün həqiqi mənasında yediyim çörəkdir, həm də məcazi mənada məni yaşadan çörək.

Məni yaşadan çörək ünsiyyətdir. Bu günün özündə də Sizinlə kəsilməyən ünsiyyət. Bu ünsiyyət dalğa – dalğadır, hərdən çox güclüdür, hərdən səngiyən vaxtları olur, amma heç zaman bitmir.

2009-cu il. “Qızıl kitabdan etüdlər” kitabını yazıram. Bu kitab Sizin adlarını “Qızıl kitab”a yazdığınız uşaqlar haqqında etüdlərdir. Sizdən sonra “Qızıl kitab” ənənəsini layiqincə yaşadan Prezident İlham Əliyevin Sərəncamı ilə adları bu kitaba yazılan, Mehriban xanımın qayğısını görən uşaqlar az deyildi. Kitab bitəndə anladım ki, Sizsiz tamamlana bilməyəcək. “Qızıl kitab”a ilk adı yazılan Surxayı tapdım, Sizin taleyinə çıraq yandırdığınız Surxay Əsgərovu. İlk yazı Surxayla Sizin barənizdə söhbət oldu. Surxayın bu gün də Sizinlə ünsiyyəti davam edir…

2012-ci il. Mənim ünsiyyətimin ikinci ən güclü dalğası. 14 ildən sonra “Prezident. Xronika” kitabının ikinci hissəsini yazıram. Xronikanı günbəgün AZƏRTAC-ın materialları əsasında toplayıram. Sonra son versiyasını Azərbaycan Respublikası Prezidentinin Katibliyinin materialları ilə tutuşdururam. Bu işdə mənə imkan yaradan, əlindən gələn köməyi əsirgəməyən katibliyin rəisi Dilarə xanım Seyidzadəyə deyirəm ki, bilmirəm bu kitab nə vaxt çap olunacaq, amma mənim üçün bu, bir borcdur, onu verməliyəm. Dilarə xanım mənə müdrik bir cavab verir: “Düz edirsən, Aynur. Bu, borcdur. Çünki Heydər Əliyevlə işləmək bayram idi”…

Mənim ünsiyyətimin bu gün yeni bir səhifəsi var, cənab Prezident. Mən indi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində işləyirəm. Azərbaycanda mültikulturalizmin dövlət siyasəti olaraq təməlini Siz qoymusunuz. Mənim gündəlik işim keçmişə “salam” verməklə onu bu gün və sabah üçün yaşatmaqdır. İki gün öncə Mərkəzdə Sizin doğum gününüzə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “dəyirmi masa”da kimlər yox idi? Fikir mübadiləsi də öz yerində. Sözü türkiyəli dostunuz professor Fikrət Türkmən aldı: “O zamanlar Heydər Əliyevlə dilin Azərbaycan dili adlandırılması ilə ilgili konuda heç razılaşmadım. Günlərin birində Türkiyənin Cümhuriyyət günü törənində onu gördüm, Heydər bəydən “Niyə ana dilinin adını Azərbaycan dili qoydunuz?”- deyə sordum. Jurnalistlər bizi tək buraxmadılar. Söhbətimizi qeydə aldılar. O mənə: “Vətəndaşlıq üzərində dayanmaq zorunda qaldım”, - dedi. Onda anladım ki, həyat bilgidən çox, təcrübəyə əsaslanır. Həyat Heydər Əliyevin dediklərini təsdiq etdi. Bu gün multikulturalizm Azərbaycan üçün vazkeçilməzdir”.

Bax, bizim bu günümüzün söhbəti budur, cənab Prezident.

Hər gün iş otağıma ayaq basanda, Xəzərin üzərində bərq vuran günəşin yaratdığı təkrarsız mənzərədən zövq alanda Sizinlə Günəş arasındakı bənzətmə yadıma düşür. Mənim üçün Siz Günəşsiniz. Mən bu Günəşin istisi, hərarəti nədir, bilirəm. Onu da bilirəm ki, o insanlar ki, ömürlərində heç olmasa, bircə dəfə əsl Günəş nədir, onun hərarəti, istisi nədir biliblərsə, onlar üçün açılıb-tutulan hava, ötəri buludlar vacib deyil.

Bunu bilən bilir. Bunu Sizinlə işləməyin bayram olduğunu bilənlər bilir…

Sonda yaddaşımın bayramından ən parlaq səhifələri xatırlatmaq istəyirəm.

Sizin Zərifə xanımın abidəsini sığallayan əllərinizi, Kapridə gözəl bir payız axşamı sevdiyiniz insanların arasında ürək dolusu gülüşlərdən yaşaran gözlərinizi, “Azərbaycan” şerini deyəndə titrəyən səsinizi, Ağdamda Quzanlıdakı yüksəklikdə yağışın və sərt küləyin altında insanları qələbəyə çağıran sərkərdə duruşunuzu unutmayacağam. Çiynimə qoyduğunuz əlinizin hərarəti hər zaman mənimlədir. Mənim əbədi bayramım kimi…

Aynur Bəşirli

Siyasi elmlər üzrə fəlsəfə doktoru,

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO