SİYASƏT


Hərbi Akademiyada kibertəhlükəsizlik məsələlərinə dair elmi-praktik konfrans keçirilib

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılmasının 18-ci ildönümünə həsr edilmiş “Müasir təhlükəsizlik sistemində kibertəhlükəsizlik məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ümummilli liderimiz Heydər Əliyevin 1999-cu il 20 fevral tarixli Fərmanı ilə yaradılan Silahlı Qüvvələrin Hərbi Akademiyasının 18-ci ildönümü münasibətilə konfrans iştirakçılarını və bütün şəxsi heyəti təbrik edən H.Piriyev çıxışında hərbi təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, eləcə də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərb sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Çıxış edənlər kibertəhlükəsizlik məsələlərinin müasir təhlükəsizlik sistemində mühüm yer tutduğunu və bu məqsədlə bu cür vacib tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildiriblər.

Rəsmi hissədən sonra xidmətdə fərqlənən bir qrup əməkdaş mükafatlandırılıb.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının ifasında konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.