ORDU
Hərbi Dəniz Qüvvələrində Silahlı Qüvvələr Günü qeyd olunub
Bakı, 25 iyun, AZƏRTAC
Hərbi Dəniz Qüvvələrində 26 iyun - Silahlı Qüvvələr Günü qeyd olunub. Şəxsi heyətin iştirakı ilə keçirilən bayram tədbirində hərbi qulluqçuların bir qrupunun Silahlı Qüvvələrin Hərb Tarix Muzeyinə ekskursiyası təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bayram ərəfəsində Hərbi Dəniz Qüvvələrinin həmkarlar ittifaqı komitəsi ilə birlikdə şəhid ailələri, müharibə və Silahlı Qüvvələr veteranları ilə görüşlər keçirilib.
Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, gənc müğənnilər Samirə Əfəndiyeva və Ramail Bayramlı, eləcə də Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti qarşısında konsert proqramları ilə çıxış ediblər.