ORDU
Hərbi Dəniz Qüvvələrində döyüş hazırlığının möhkəmləndirilməsinə dair seminar təşkil olunub
Bakı, 28 oktyabr, AZƏRTAC
Hərbi Dəniz Qüvvələrində döyüş hazırlığının, hərbi intizamın və qoşun xidmətinin yüksəldilməsi istiqamətində komandir-rəis heyətinin iştirakı ilə seminar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Mənəvi-psixoloji hazırlıq işinin təşkili, hərbi intizamın möhkəmləndirilməsi və qoşun xidmətinin təkmilləşdirilməsi üzrə komandirlərin, qərargah rəislərinin və şəxsi heyətlə iş üzrə komandir müavinlərinin iş sisteminin Azərbaycan Respublikası Silahlı Qüvvələrində tətbiqi” mövzusunda keçirilən seminarda Hərbi Dəniz Qüvvələri komandanının şəxsi heyətlə iş üzrə müavini, 1-ci dərəcəli kapitan Natiq Bağırov bu istiqamətdə şəxsi heyətin üzərinə düşən vəzifə və tapşırıqları diqqətə çatdırıb.
Sonra seminar iştirakçılarına kateqoriya üzrə komandir-rəis heyətinin iş sistemi barədə ətraflı məlumat verilib.