SİYASƏT


Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonadakı üç hərbi hissəsində yeni yaşayış kompleksləri istifadəyə verilib

A+ A

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yüksəldilməsi, hava məkanımızın müdafiəsinin gücləndirilməsi və şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən üç hərbi hissəsinin ərazisində yeni istifadəyə verilmiş yaşayış komplekslərinin açılışında iştirak edib. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi ərazilərdəki hava hücumundan müdafiə bölmələrinin döyüş texnika və vasitələrinə, eləcə də yeni istifadəyə verilən qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, qazanxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlara baxış keçirib.

Bildirilib ki, yaradılan şərait şəxsi heyətin gündəlik xidmətinin təşkilinə səmərəli təsir göstərəcək, habelə hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş hazırlığı və döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılmasını təmin edəcək.

Hərbi hissələrin komandir və şəxsi heyəti ilə görüşən nazir müvafiq tapşırıqlar verib.

x x x

Cəbhəboyu zonada səfərdə olan müdafiə naziri Zakir Həsənov tikintisi davam edən bir neçə hərbi obyektdə olub və inşaat işlərinin gedişini yoxlayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tikinti işlərinin keyfiyyəti ilə maraqlanan nazir müvafiq göstərişlər verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.