SİYASƏT


Hərbi Hava Qüvvələrinin yeni yaşayış kompleksi istifadəyə verilib

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin tabeliyində olan radiotexniki hərbi hissə ərazisində yeni istifadəyə verilmiş yaşayış kompleksinin açılışında iştirak edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənov ərazidəki qərargah, əsgər yataqxanası, yeməkxana, qazanxana, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirib.

Komanda Məntəqəsində döyüş növbətçiliyinin daha yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verən nazir radiolokasiya sistemləri ilə də tanış olub.

Hərbi qulluqçuların döyüş fəaliyyəti, sosial-məişət və xidməti şəraiti ilə maraqlanan nazirliyin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.