REGİONLAR


Hərbi attaşelər və xarici jurnalistlər 2 yaşlı Zəhranın  yas mərasimində iştirak ediblər

Füzuli, 6 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər iyulun 4-də erməni silahlı bölmələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın və nənəsinin yas mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, xarici KİV nümayəndələri və hərbi attaşelər yas mərasimində iştirak etmək üçün “Zobucuq-5” qəsəbəsinə gəliblər. Onlar burada təşkil olunan yas mərasiminə qatılıb, həlak olanların ailələrinə başsağlığı verib, dərdlərinə şərik olduqlarını bildiriblər.

Qeyd edək ki, Alxanlı kəndinə səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, “Amerikanın Səsi”, “Interfax”, “BBC” və digər xarici KİV nümayəndələri, habelə, 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Səfər edənlər arasında ABŞ, Rusiya, Pakistan, Çin, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniyanın Azərbaycandakı səfirliyinin diplomatı da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.