SİYASƏT


Hərbi ekspert: Ermənilərin öz itkiləri barədə yaydıqları məlumatlar göstərir ki, hərbçilərimiz verdikləri sözə əməl edirlər

A+ A

Bakı, 9 fevral, AZƏRTAC

Mən də ehtiyatda olan bir hərbçi kimi daim əldə silah Vətənimin müdafiəsində durmağa hazıram. İşğala son qoyulmayınca, son düşmən əsgərinin ayağı torpaqlarımızdan kəsilməyincə əldə silah, canım bahasına ərazi bütövlüyümüzün təmin olunması yolunda vuruşacağam.

Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert, polkovnik-leytenant Mirşamil Hadıyev deyib.

Mirşamil Hadıyevin sözlərinə görə, dünən erməni KİV-lərinə istinadən xəbər verilib ki, cəbhə xəttində atəşkəsin pozulması nəticəsində 1979-cu il təvəllüdlü Qeqam Manukyan öldürülüb. Daha bir hərbçi, 1988-ci il təvəllüdlü Koryun Kirakosyan isə ağır yaralanıb.

İlk olaraq qeyd etmək lazımdır ki, Çingiz Qurbanov həlak olarkən və başqa vaxtlar düşmən atəşi nəticəsində itki verdiyimizdə Müdafiə Nazirliyi bəyan edib ki, şəhidlərimizin qisası tezliklə və artıqlaması ilə alınacaqdır. Erməni mətbuatının öz itkiləri barədə yaydıqları məlumatlar onu göstərir ki, hərbçilərimiz verdikləri sözə əməl edirlər. Bu, gələcəkdə də belə olacaq və şəhidlərimizin qisası mütləq alınacaq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi “Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.