ELM VƏ TƏHSİL
Hərbi həkim işi ixtisası üzrə boş yerlərə müsabiqə elan olunur
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) hərbi-tibb fakültəsinə müsabiqə zamanı boş qalmış (hərbi həkim işi ixtisası üzrə) 20 yerə qəbul həyata keçirilir. Bu müsabiqədə IV ixtisas qrupu üzrə qəbul imtahanında 350 və daha yuxarı bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak etmək istəyənlər hərbi həkim komissiyasından keçmək üçün avqustun 8-dək hər gün (bazar günü istisna olmaqla) saat 9:00-dan 17:00-dək müraciət etməlidirlər.
Qeydiyyat ATU-nun hərbi tibb fakültəsində aparılır (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 541-13-36).