REGİONLAR
Hərbi hissədə Novruz şənliyi
Tərtər, 16 mart, AZƏRTAC
Tərtər rayon ictimaiyyətinin və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələrinin iştirakı ilə N saylı hərbi hissədə Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni oxunub.
Hərbi Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Mehdi Hüseynzadə, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və başqaları çıxış edərək, əziz bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıblar.
Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin bayram təbriki əsgərlərə çatdırılıb.
Hərbçilərə hədiyyələr və bayram sovqatı təqdim olunub.
Tərtər rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi əsgərlər qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]