SİYASƏT


Hərbi hissələrin psixoloqlarının toplantısı təşkil edilib

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissə və birləşmələrin psixoloqları, eləcə də şəxsi heyətlə iş üzrə zabitlərin iştirakı ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə dair təlim-metodiki toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda “Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması”, “Kollektivin psixoloji durumuna təsir edən amillər”, “Döyüşdə və döyüşdən sonra hərbi qulluqçuların psixoloji durumu” və digər mövzular üzrə mühazirələr dinlənilib.

Tədbirdə aprel döyüşlərinin şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsində rolu, hərbi qulluqçuların psixoloji hazırlığı üzrə tələb və tövsiyələr, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.