CƏMİYYƏT


Hərbi liseydə sağlam həyat tərzi təbliğ olunub

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə təşkilatçılığı ilə sağlam həyat tərzinin təbliğinə həsr olunan tədbir keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, “Sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində keçirilən tədbirdə fondun nümayəndəsi Vidadi Rzayev, mərkəzin həkim mütəxəssisi Rüfət Rəhimov və hərbi liseyin rəisi, polkovnik Rüfət Əmirov çıxış edərək sağlam həyat tərzinin önəmindən, zərərli vərdişlərin insan orqanizmində törətdiyi fəsadlardan danışıblar.

Sonda narkotik və tütün istifadəçilərinin sağlamlıqlarına vurduqları zərər haqqında videoçarx nümayiş olunub.

Bilik Fondu ilə İSİM arasında imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən, müxtəlif müəssisə və təşkilatlarda “Sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.