ELM VƏ TƏHSİL
Qəbul imtahanı uğurla başa çatıb
Bakı, 30 iyul, İbrahim Əsədov, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 30-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirib. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Bakının Binəqədi rayonundakı 3 nömrəli orta məktəbdə keçirilən qəbul imtahanı uğurla başa çatıb.
İmtahanın rəhbəri, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şöbə müdiri Mustafa Mustafayev bildirib ki, saat 11.00-da başlanan imtahan saat 13.00-da başa çatıb. Heç bir qayda pozuntusuna yol verilməyib.
İmtahan rəhbəri qəbul imtahanında abituriyentlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün lazımi şəraitin yaradıldığını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]