MƏDƏNİYYƏT


Hərbi qulluqçular arasında keçirilən bədii özfəaliyyətə baxış-müsabiqəsi davam edir

A+ A

Bakı, 27 dekabr, AZƏRTAC

Gəncə Qarnizonu Zabitlər evində hərbi qulluqçular arasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan bədii özfəaliyyətə baxış-müsabiqəsi davam edir.

AZƏRTAC xəbər verir ki, baxış-müsabiqədə hərbi qulluqçuların bədii yaradıcılığın müxtəlif növlərində (mahnı, muğam, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət və s.) öz istedad və qabiliyyətlərini nümayiş etdirməsinə imkan yaradılıb.

Beyləqan, Bərdə, Şəmkir və Gəncədə təşkil edilən seçim turunda 221 hərbi qulluqçu iştirak edib. Seçilən 98 hərbi qulluqçudan 25-i yarımfinala yüksəlib.

Müsabiqənin final konserti dekabrın 28-də, qaliblərin mükafatlandırılması isə dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən qala-konsertdə olacaq.

Baxış-müsabiqə haqqında ətraflı məlumatı www.veten-ugrunda.az saytından və “Facebook”dakı “Vətən uğrunda” səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.