SİYASƏT


Hərbi qulluqçuların Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyası təşkil olunub

Bakı, 7 avqust, AZƏRTAC

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə cəbhənin ön xəttində xidmət edən hərbi qulluqçuların Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyası təşkil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, üç gün davam edən ekskursiyalar zamanı hərbi qulluqçular Gəncə şəhərinin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, incəsənət abidələri haqqında məlumatlandırılıblar.

Gəncə Qala qapıları, Nizami Gəncəvi məqbərəsi və Nizami Gəncəvi Yaradıcılıq muzeyi, İsrafil Məmmədovun ev muzeyi və məzarı, Məhsəti Gəncəvi mərkəzi, Cavad xan küçəsi və Cavad xan məqbərəsi, Şeyx Zamanovlar mülkü, Şah Abbas məscidi, Çökək Hamam, Xan Bağı, Xalq Cümhuriyyəti binası və Şirəli bəy bürcü ilə tanış olan hərbçilər xoş təəssüratlarla xidmət yerlərinə qayıdıblar.

Bu səpkidə keçirilən tədbirlər hərbi hissələrlə ictimaiyyət arasında əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.