Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununu “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 4, maddə 79; 1993, № 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 378; 1998, № 1, maddələr 15, 16; 1999, № 4, maddə 228, № 5, maddə 286; 2001, № 6, maddələr 362, 363, № 11, maddə 694, № 12, maddələr 731, 736; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddələr 199, 212, № 7, maddə 507, № 8, maddə 596; 2005, № 10, maddə 871, № 12, maddə 1093; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 6, maddə 561, № 8, maddə 756, № 11, maddələr 1053, 1078; 2008, № 3, maddə 156, № 6, maddələr 462, 481, № 8, maddə 709, № 12, maddə 1048; 2010, № 3, maddə 171, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2014, № 11, maddə 1333; 2015, № 10, maddə 1085) 22-ci maddəsinin dördüncü hissəsində “15 gün” sözləri “15 iş günü” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin