DÜNYA
Herman Van Rompuy: “Brexit” Böyük Britaniyanın parçalanmasına səbəb ola bilər
Bakı, 25 iyun, AZƏRTAC
Avropa İttifaqı Şurasının keçmiş rəhbəri Herman Van Rompuy “Brexit” üzrə referendumun nəticələrini şərh edərkən Böyük Britaniyanın parçalana biləcəyini deyib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, separatizmə meylli Şotlandiya və Şimali İrlandiya birmənalı olaraq “Brexit”lə barışmaq fikrində olmadığını bildiriblər.
Şotlandiya hökumətinin başçısı Nikola Stercen region əhalisinin referendumda Britaniyanın Aİ-də qalmasına səs verdiyini qeyd edib. Bir qədər əvvəl o, “Brexit”in baş tutacağı təqdirdə Şotlandiya Milli Partiyasının regionun müstəqilliyi barədə təkrar referenduma nail olacağı barədə xəbərdarlıq etmişdi. Qeyd edək ki, əvvəlki referendumda Şotlandiya vətəndaşlarının 55,3 faizi regionun Birləşmiş Krallığın tərkibində qalmasına səs vermişdi.
Şimali İrlandiyanın ən iri millətçi partiyası olan “Sinn Fein” də öz növbəsində regionun İrlandiya ilə birləşməsinə dair referendum keçirmək niyyətində olduğunu bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]