İQTİSADİYYAT
Hesab.az portalından sığorta alanların sayı çoxalıb
Bakı, 8 iyul, AZƏRTAC
Hesab.az ödəmə portalının və “Atəşğah” Sığorta Şirkətinin təqdim etdiyi onlayn-sığorta xidmətlərindən istifadə edənlərin sayı artıb.
AZƏRTAC portala istinadla xəbər verir ki, bu ilin birinci yarısında hesab.az-da icbari və səyahət sığortasını əldə edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 faiz artıb.
Qeyd edək ki, hesab.az portalında qeydiyyatdan keçən istifadəçilər icbari və səyahət sığorta polislərini ev və ofislərdən çıxmadan əldə edə bilərlər. Portalda yaradılan tam avtomatlaşdırılmış modul vasitəsi ilə istənilən bank kartının sahibi cəmi 3-4 dəqiqədə sığortanın dəyərini hesablayıb, ödəyir. Alınan sığorta polislərinin müştəriyə çatdırılması 24 saat ərzində təmin edilir. Bakı və Sumqayıt şəhərləri üzrə çatdırılma pulsuzdur.
Səyahət sığorta polisləri isə 1 saat ərzində müştərinin poçt ünvanına göndərilir.