İQTİSADİYYAT


Hesablama Palatası: Özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olması ehtimalı var

Bakı, 3 iyul, AZƏRTAC

"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsində dövlət büdcəsinin kəsirinin özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və digər mənbələr hesabına (daxili və xarici borclanma, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) maliyyələşdirilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə özəlləşdirmədən daxilolmalar üzrə proqnoz göstəricinin yerinə yetirilməsi ehtimalının aşağı olduğunu qeyd edilib. Belə ki, palata 2017-ci ilin 5 ayı üzrə bu mənbə üzrə daxilolmaların cari ilin 200,0 milyon manat məbləğində müvafiq büdcə tapşırığına nisbətən 50,0 milyon manat təşkil etməsi göstərilib. Bu isə, yanvar-may aylarında illik proqnozun cəmi 25,0 faizinə bərabərdir.

Ümumiyyətlə, Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim etdiyi rəydə də özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olduğu vurğulanıb. Rəydə 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi özəlləşdirmədən daxilolmalar üzrə 100000,0 min manat məbləğində nəzərdə tutulduğu, ilin sonuna isə bu mənbədən dövlət büdcəsinə 68768,4 min manat və ya 3,2 dəfə az olmaqla 31231,6 min manat məbləğində vəsaitin daxil olduğu göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.