İQTİSADİYYAT
Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib
Bakı, 30 iyun, AZƏRTAC
Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin icrası vəziyyətinə dair; dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Suraxanı Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair; dövlət büdcəsinin yerli xərclərindən Quba Rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin istifadəsinə dair; Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
İclasda, həmçinin iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.