İQTİSADİYYAT


Hesablama Palatasının Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində hazırlanan Tvininq layihəsi müzakirə olunub

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi Olaf Haydelbaxın və beynəlxalq ekspert Henni Matersin Hesablama Palatasının icmal-analitik şöbəsinin müdiri Vəfa Mütəllimova və beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin müdiri Hilal Hüseynovla görüşündə palatanın Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində hazırlanan Tvininq layihəsi və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Görüş Dövlət Maliyyə İnzibatçılığı (PFM) üzrə İllik Monitorinq Hesabatının hazırlanması çərçivəsində baş tutub.

Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Hesablama Palatasının 2015-ci il üzrə fəaliyyət hesabatının və 2015-ci il üzrə büdcənin icrası ilə bağlı rəyin Milli Məclisə təqdim edilməsi, nəzarət tədbirlərinin nəticələrinin ictimaiyyətə çatdırılması, həmçinin 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planı ilə nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi və s. barədə suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.