İQTİSADİYYAT


Hesablama Palatasının bir neçə nəzarət tədbiri ilə bağlı proqramları təsdiq edilib

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan AZƏRTAC-a bildiriblər ki, iclasda Dövlət İnvestisiya Proqramının icrası üzrə ekspert-analitik təhlilin nəticələri ilə bağlı; Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsinin auditi ilə bağlı; dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Tovuz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair; dövlət büdcəsinin yerli xərclərinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Abşeron Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; dövlət büdcəsinin yerli xərclərindən Quba rayon mədəniyyət və turizm şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair; rayon (şəhər) məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatı xərclərinə dair ekspert-analitik təhlilin nəticələri ilə bağlı keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Kollegiyada Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.