İQTİSADİYYAT


Hesablama Palatasının əməkdaşı İqtisad Universitetində məruzə edib

Bakı, 1 iyul, AZƏRTAC

Hesablama Palatasının üzvü, auditor Firsənd Qurbanov Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmiş elmi konfransda elmin maliyyələşdirilməsi ilə bağlı məsələlər barədə məruzə edib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çıxışında F.Qurbanov respublikamızda elm sahəsində görülən işlərdən danışıb. Dövlətimizin bu sahəyə qayğısını xüsusi vurğulayıb. O, Hesablama Palatası tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan elm müəssisələrində aparılmış audit tədbirlərinin nəticələrinə toxunub.

Sonda F.Qurbanov bir neçə ölkənin bu sahədə təcrübəsi ilə bağlı konfrans iştirakçılarını məlumatlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.