İQTİSADİYYAT


Hesablama Palatasının əməkdaşı Vyanada təlimlərdə iştirak edib

Bakı, 17 may, AZƏRTAC

Hesablama Palatasının sektor müdiri Zaur Vəliyev Vyana şəhərində “Ortamüddətli büdcə çərçivəsi, fiskal qaydalar və fiskal şuralar: fiskal dayanıqlılığın təmin edilməsi imkanları kimi" mövzusunda keçirilən təlimdə iştirak edib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 17 ölkədən 30 iştirakçının qatıldığı təlimlər Beynəlxalq Valyuta Fondunun ekspertləri Yohan Sivald, Viktor Lledo, Alfred Katterl, Tom Pibas və Helmut Berger tərəfindən aparılıb.

Təlim 3 istiqaməti əhatə etməklə fiskal qaydalar, ortamüddətli xərclər çərçivəsi və fiskal şuralarla bağlı beynəlxalq təcrübəyə həsr edilib və bu istiqamətdə müxtəlif təqdimatlar olunub. Həmçinin təlimdə fiskal siyasətin həyata keçirilməsinə məsul qurumların fəaliyyəti ilə yanaşı, alternativ makroiqtisadi, o cümlədən büdcə parametrlərinin geniş təhlilini və qiymətləndirilməsini apara biləcək institutların – fiskal şuraların yaradılması ilə bağlı məruzə də təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.