İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşı beynəlxalq videokonfransda iştirak edib
Bakı, 3 noyabr, AZƏRTAC
MDB iştirakçısı olan ölkələrin ali maliyyə nəzarəti orqanları şurasının əsas milli göstəricilər üzrə ekspert qrupunun "Dayanıqlı inkişaf üzrə MDB ölkələrinin təcrübəsi" mövzusunda keçirilən videokonfransda Azərbaycanın Hesablama Palatasını "İcmal-analitik" şöbəsinin icmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyev təmsil edib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, videokonfransda işçi qrupa üzv dövlətlərdən Azərbaycan ilə yanaşı, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Moldova dövlətlərinin ali audit qurumlarının müvafiq əməkdaşları iştirak edib.
Konfransın nəticəsi olaraq mövcud təcrübənin öyrənilməsi və sistemləşdirilməsi, həmçinin əldə olunan məlumatlar əsasında müvafiq bazanın formalaşdırılması ilə bağlı qərar qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:07]
® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib
- 24.04.2024 [12:01]
Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb
- 24.04.2024 [11:54]
Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir
- 24.04.2024 [11:01]