İQTİSADİYYAT
Hesablama Palatasının kollegiya iclası keçirilib
Palatadan AZƏRTAC-a bildiriblər ki, iclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə Səhiyyə Nazirliyinə səhiyyə obyektlərinin tikintisinə və təmirinə, mərkəzləşdirilmiş xərclərdən “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinə ayrılan vəsaitlərin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
İclasda müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiyada bir sıra cari məsələlər də müzakirə edilib və müvafiq tapşırıqlar verilib.