İQTİSADİYYAT


Hesablama Palatasının kollegiya iclasında bəzi dövlət qurumlarına dair hesabatlar müzakirə edilib

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Hesablama Palatasının növbəti kollegiya iclasında bəzi dövlət qurumlarına dair hesabatlar müzakirə olunub.

Palatadan AZƏRTAC-a bildiriblər ki, iclasda "Bakı Metropoliteni" QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair, dövlət büdcəsindən Xarici İşlər Nazirliyinə ayrılan vəsaitlərin istifadəsi, Nazirlik tərəfindən dövlət rüsumlarının hesablanması və dövlət büdcəsinə köçürülməsinə dair, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılmış vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda bir neçə cari məsələ də müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.