İQTİSADİYYAT


Hesablama Palatasının kollegiya iclasında bir neçə layihə müzakirə edilərək təsdiq olunub

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan AZƏRTAC-a bildiriblər ki, iclasda "Azəravtoyol" ASC-yə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Nəqliyyat və rabitə" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və təyinatı üzrə icrasına, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış işlərinə yönəldilmiş vəsaitlərin istifadəsinə, Zaqatala Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib. Kollegiyada Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.