İQTİSADİYYAT


Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan AZƏRTAC-a bildiriblər ki, iclasda dövlət büdcəsindən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə və onun tabeliyində olan müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üzrə özəlləşdirmədən daxilolmaların təhlilinin nəticələrinə dair; dövlət rüsumları üzrə büdcə daxilolmalarının proqnozlaşdırılması, hesablanması və ödənilməsi vəziyyəti ilə bağlı təhlilin nəticələrinə dair; dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Siyəzən Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Kollegiyada Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.