ELM VƏ TƏHSİL
Hesablama sistemlərinin yaradılması texnologiyaları barədə ekspress-informasiya nəşr olunub
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Şəbəkə mühitində paylanmış hesablama sistemlərinin yaradılması texnologiyaları” adlı ekspress-informasiya nəşr olunub.
İTİ-dən AZƏRTAC-a bildiriblər ki, yeni nəşrin müəllifləri bu elm müəssisəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov və böyük elmi işçi Məmməd Həşimov, elmi redaktoru institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifovdur.
“İnformasiya Texnologiyaları” nəşriyyatında çapdan çıxmış nəşrdə şəbəkə mühitində paylanmış hesablama sistemlərinin yaradılmasında istifadə olunan texnologiyalar təhlil edilib, Klaster, Qrid, bulud texnologiyalar əsasında yaradılan paylanmış hesablama sistemlərinin arxitektur-texnoloji prinsipləri işlənib. Paylanmış hesablama sistemləri əsasında yaradılan xidmətlərin təhlili aparılıb və qeyd edilən sistemlərdə həlli nəzərdə tutulan mürəkkəb məsələlərin tədqiqi əksini tapıb.