DÜNYA


Həsən Ruhani: Çevriliş yolu ilə hakimiyyətə gəlmək dövrü artıq geridə qalıb

A+ A

Tehran, 17 iyul, AZƏRTAC

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Kirmanşəhərdə çıxış edərək, Türkiyədə hərbi çevriliş cəhdinə münasibət bildirib.

Həsən Ruhani deyib ki, çevriliş yolu ilə hakimiyyətə gəlmək dövrü artıq geridə qalıb. Hakimiyyətə gəlməyin ən düzgün yolu seçkidir. Məhz seçki yolu ilə xalq öz hakimiyyətini formalaşdırmalıdır. Prezident qeyd edib ki, Yəməndə, Liviyada qanuni hakimiyyətlərin devrilməsi münaqişələrin yaranmasına səbəb olub. Suriyada da qanuni hakimiyyətin hərbi yolla devrilməsi cəhdləri böyük problem yaradıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.